01:26
(077) 610-22-33

Elxan Şahinoğlu: “Qərar verilmişdi ki, Bakıda inkişaf fondu yaradılsın”

  • >
650 24 Avqust 2012 15:17 | Siyasət

"Türkdilli dövlətlərin birliyinin yaradılmasında atılan addımları müsbət qiymətləndirirəm. SSRİ dağılandan sonra bir neçə dəfə birliyin yaradılmasına cəhd edilib. Sadəcə, bu birliklərin yaradılmasında Özbəkistan və Türkmənistan maraqlı deyil. Bu birliyin yaradılması 4 ölkə arasında müzakirə edilir. Bunlar Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstandır".

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, türkdilli dövlətlərin birləşməsi yolunda atılan addımlar biri Azərbaycanda türkdilli ölkələrin iqtisadiyyat nazirlərinin görüşməsi oldu: "Bu çox mühüm görüş idi. Amma məsələ burasındadır ki, belə görüşlər mütəmadi olsa da, inteqrasiya çox zəif gedir. Qərar verilmişdi ki, Bakıda inkişaf fondu yaradılsın. Sonradan isə Bişkek görüşündə bu məsələyə heç toxunulmadı. Bütün bunlara baxmayaraq, ölkələr arasında əlaqələr genişlənir. Ortaq bayrağın yaradılması çox mühüm məsələdir. Türkiyə rəsmiləri də öz çıxışlarında dedilər ki, məqsədimiz Avropa birliyinə bənzər bir qurum yaratmaqdı. Bu, Rusiya prezidentinin ideyalarını da kölgədə qoya bilər. Burada Rusiya amili əsasdır. Rusiya heç vaxt türk dövlətlərinin birləşməsini istəməz. Buna görə də türkdilli ölkələr öz mövqelərini ortaya qoymalıdırlar. Burada əsas iqtisadi əlaqələri genişləndirməkdir. İqtisadi əlaqələr genişlənsə, sonradan siyasi əlaqələrin olması mümkündür".

Politoloq vurğulayıb ki, bizim üçün önəmli olan birliklərin yaradılması və bununla da Qarabağ məsələsinin həll edilməsidir. Amma bu, sadəcə, istəkdir: "Bu birliyə qoşulan dövlətlərdən yalnız Türkiyə Azərbaycanı birmənalı dəstəkləyir. Amma Qarabağ məsələsində Qazaxıstanın Azərbaycanı dəstəkləməsi inandırıcı deyil. Çünki bu dövlət Ermənistanla da əlaqələr qurur. Türkdilli dövlətlərin birliyinin yaradılarsa, Qarabağ məsələsində müəyyən dəyişiklik ola bilər. Amma bütövlükdə münaqişənin həllini bu birlikdən gözləmək düzgün deyil".

İlkin
AzNews.az

Bağla X