Səbəb fraksiyaların “birimdik” koalisyasından çıxmasıdır Səbəb fraksiyaların “birimdik” koalisyasından çıxmasıdır

Qırğızıstan hökuməti istefaya göndərildi

Səbəb fraksiyaların “birimdik” koalisyasından çıxmasıdır



Qırğızıstan prezidenti Almazbek Atambayev bu gün hökumətin buraxılması ilə bağlı sərəncam imzalayıb.

AzNews.az-ın regnum.ru saytına istinadən verdiyi xəbərə görə, indiki heyət yeni nazirlər kabineti formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Qırğızıstan hökuməti fraksiyaların koalisyası sayəsində 20 dekabr 2011-ci ildə qurulmuşdu. Bu fraksiyalara "Ar-Namıs" "Respublika" "Ata-Mekan" daxil idi. Nəzərinizə çatdıraq ki, "Birimdik" kualisyasından ilk olaraq "Ar-Namıs" fraksiyası daha sonra isə "Ata-Mekan"-nın çıxmışdı.

Sadiq
AzNews.az