08:12
(077) 610-22-33

İşğal faktoru dərk olunur?

  • >
490 24 Avqust 2012 17:30 | Siyasət

Mübariz Qurbanlı: “Ermənilər işğal olunmuş torpaqlarda məskunlaşmağa həvəs göstərmirlər



Ermənistan təcavüzdə saxladığı Azərbaycan ərazilərinə hüquqi don geydirmək üçün mümkün olan və olmayan vasitələrdən istifadə edir. Hətta ərazilərimizdə həyata keşirdiyi layihələri Dağlıq Qarabağ ermənilərinin ayağına yazmağa çalışır. Sözügedən məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı yap.org.az saytına müsahibəsində mövqeyini açıqlayıb.

"Təcavüzkar Ermənistan nəyin bahasına olursa olsun işğal etdiyi ərazilərdə yaratdığı qondarma Dağlıq Qarabağ rejimini beynəlxalq miqyasda tanıtmağa çalışır"-deyən deputat qeyd edib ki, rəsmi İrəvan nə qədər cəhd etsə də, buna nail ola bilmir və bilməyəcək: "Bütün beynəlxalq sənədlərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması təsbit edilib. Ermənistan işğal olunmuş ərazilərimizə həm öz vətəndaşlarını, həm də xaricdən olan erməniləri müxtəlif vasitələrlə cəlb etməyə çalışır. Dağlıq Qarabağda erməni millətindən olan insanların sayı təxminən 40 min nəfərə qədərdir. O da bəllidir ki, işğalçı rejim xarici erməni lobbi təşkilatlarının vəsaiti hesabına Azərbaycanın işğal olunmuş torpaqlarında yeni yaşayış məntəqələri salmağa çalışır. Amma buna da nail ola bilmirlər. Çünki nə Ermənistan vətəndaşları, nə də xaricdəki ermənilər işğal olunmuş torpaqlarda məskunlaşmağa həvəs göstərmirlər".

Hakim partiya təmsilçisinin qənaətincə, hər bir erməni bu torpaqların işğal olunduğunu anlayır: "Hər bir erməni anlayır bu torpaqlar işğal olunub. Gec-tez Azərbaycan tərəfi öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlaya bilər.

Ona görə də, Ermənistan hakimiyyətinin müxtəlif vaxtlarda xarici ölkələrdə baş verən hadisələr zamanı erməni millətindən olan insanları bu əraziyə köçürmək cəhdləri iflasa uğrayıb. Hətta bəzən bu və ya digər ölkələrdən şirnikləndirici təkliflərlə erməni ailələrini bu ərazilərə gətirə biliblər. Məsələn, Şuşaya, Laçına, Kəlbəcərə gətiriblər. Amma həmin ermənilər qısa müddətdən sonra bu əraziləri tərk ediblər. Əslində, bu gün Ermənistanın özündə mühacirət kütləvi hal alıb. Minlərlə erməni xaricə gedir, amma geri qayıtmır. Dağlıq Qarabağdakı ermənilər də buradakı hərbi-diktatura rejiminin yaratdığı şəraitdən beziblər, həm də hər an müharibə təhlükəsinin olduğunu duyaraq bu ərazidə məskunlaşmağa cəhd göstərmirlər".

Gültən
AzNews.az
Bağla X