18:32
(077) 610-22-33

Pakistanla hərbi-siyasi vəziyyət müzakirə edilib

  • >
470 3 Mart 2014 20:17 | Siyasət

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli Təşkilatının baş direktoru Zubair İqbal Maliki qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib.

Qonaq səfərdən məmnun qaldığını bildirərək, Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini bildirib.

Eyni zamanda, ölkələrimizin yerləşdiyi regionlarda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.

Görüşdə Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qaiser də iştirak edib.


AzNews.az
Bağla X