22:34
(077) 610-22-33

İctimai Palatanın fəaliyyətinə xitam verildi

  • >
802 4 Mart 2014 16:15 | Siyasət

İctimai Palatanın Koordinasiya Şurası 4 martda özünün sonuncu toplantısını keçirib.

Toplantıda İctimai Palatanın fəaliyyətinə xitam verilməsi barədə hazırlanmış layihə müzakirə olunub.

Musavat.com bildirir ki, iclas və onun nəticəsi barədə dönəm sədri İsa Qəmbərin media üçün yaydığı məlumatı əldə edib. Həmin məlumatı təqdim edirik:

"İctimai Palata Koordinasiya Şurasının dönəm sədri İsa Qəmbər 04. 03. 2014- cü tarixdə Koordinasiya Şurasının toplantısını çağırıb. Toplantı keçirilməsi təşəbbüsü ilə dönəm sədrinə KŞ üzvləri Pənah Hüseyn, Zəfər Quliyev və digərləri müraciət ediblər. Təşəbbüsçülər toplantının keçirilməsini onunla əsaslandırıblar ki, İctimai Palata ətrafındakı qeyri müəyyənliyə rəsmən son qoyulmasına ehtiyac var. Dönəm sədri İsa Qəmbər KŞ iclaslarının keçirilməsinin qərarlaşmış praktikasına uyğun qayda və formada iclasın yeri, günü və vaxtını müəyyən etmiş və bu barədə bütün KŞ üzvlərini məlumatlandırıb.04. 03. 2014- cü il tarixdə KŞ toplanıb. İP ətrafında yaranmış vəziyyətlə bağlı müzakirə aparılıb, müzakirələrdə KŞ-nın 17 üzvündən 7-i bilavasitə, 3 üzvü isə (Aqil Səmədbəyli, Mehriban Vəzir, Leyla Əliyeva) telefonla iştirak edib. KŞ bir sıra İP üzvlərinin KİV- lərdə dərc edilmiş mövqelərini, KŞ üzvlərinə bildirdikləri rəyləri, İP- in uzun müddətdən bəri fəaliyyətini de - fakto dayandırdığını, İP- in fəaliyyətinə xitam verilməsi barədə təklifə heç bir İP KŞ üzvü tərəfindən etiraz daxil olmadığını nəzərə alaraq aşağıdakı açıqlamanın verilməsini məqsədəuyğun sayıb: " 2010- cu il parlament seçkilərində namizəd kimi iştirak etmiş şəxslər tərəfindən ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq məqsədi ilə təsis edilmiş İctimai Palatanın fəaliyyətinə rəsmən xitam verildiyi elan edilsin. İctimai Palata ən yeni siyasi tariximizə siyasi partiya, vətəndaş cəmiyyəti, gənclik hərəkatı nümayəndələrinin, ictimai rəy liderlərinin, mütəxəssis və ziyalıların azad ədalətli seçki hüquqlarının təmin edilməsi, köklü demokratik dəyişikliklər, avtoritarizmdən demokratiyaya keçid məqsədi ilə birliyi və əməkdaşlığının özünəməxsus təcrübəsi kimi daxil olub. İlk dəfə olaraq İctimai Palata nümunəsində seçkilərdə verilmiş səslərə əsaslanaraq kölgə parlamenti tipli təsisatın yaradılmasına cəhd edilmişdi. Bu təcrübə dünyada maraqla qarşılanmışdı və beynəlxalq əhəmiyyət kəsb edir. İctimai Palata Azərbaycan demokratiyasının mübarizə ənənələrini davam etdirərək mövcud antidemokratik və korrupsiyaçı rejimə qarşı xalq müqavimətinin ən parlaq səhifələrindən olan, dünyada səs salmış kütləvi aksiyaları , onlarla siyasi məhbuslarının, yüzlərlə siyasi repressiyaya uğramış üzvlərinin fədakarlıqları, uğurlu intellektual və hüquqi mübarizə formaları, modern siyasi texnologiyaların tətbiqi ilə əlamətdar olub. İnanırıq ki, İP- in fəaliyyətinə xitam verilməsinə baxmayaraq onun təcrübəsi hələ uzun müddət ictimai – siyasi həyatımıza və azadlıq uğrunda mübarizəmizə müsbət təsirini göstərməkdə davam edəcəkdir."

AzNews.az
Bağla X