Gülağa Aslanlı: "Məncə, təklif Müsavat partiyası olaraq təkcə mənə gəlmişdi" Gülağa Aslanlı: "Məncə, təklif Müsavat partiyası olaraq təkcə mənə gəlmişdi"

Müsavat da toplantıya dəvət olunub, amma...

Gülağa Aslanlı: "Məncə, təklif Müsavat partiyası olaraq təkcə mənə gəlmişdi"



Dünən dünən 17 siyasi partiyanın iştirakı ilə keçirilən torplantıda Demokratik Qüvvələrin Məşvərət Məclisi yaradılıb. Toplantıya Yusif Bağırzadə (AMİP), Şakir Ulubəy (DBP), Həsən Kərimov (AXCP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Taliyət Əliyev (ADP), Sülhəddin Əkbər (ACP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mirmahmud Mirəlioğlu (KXCP), Mais Gülalıyev (Yaşıllar partiyası), Fuad Əliyev (ALDP), Arif İsmayılbəyli (VHP), Bakir Həsənbəyli (Ümid), Hacıbaba Əzimov (VAMBP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası), Tahir Abbaslı (Demokratik İslam Partiyası) qatılıb.

Məlumata görə, toplantını DBP sədri Şakir Ulubəyli təşkil edib. İctimai palataya daxil olan AXCP iclasda ll şəxs qismində iştirak edibsə, bəs, Müsavat partiyası iclasa niyə qatılmayıb?

Müsavat partiyasının toplantıda iştirak etməməsinə aydınlıq gətirən partiyanın başqan müavini Gülağa Aslanlı AzNews.az-a deyib ki, bizim partiya da həmin toplantıya dəvət olunub: "Mənə bu təklifi Şakir Ulubəy etmişdi. Həmin gün rayonda olduğumdan toplantıda iştirak edə bilmədim. İştirak edə bilməyəcəyimi Şakir Ulubəyə də bildirdim. Məncə, təklif Müsavat partiyası olaraq təkcə mənə gəlmişdi. Ona görə də orada başqa nümayəndə iştirak edə bilməzdi".

İlkin
AzNews.az