04:11
(077) 610-22-33

Elmar Məmmədyarov kolumbiyalı səfiri qəbul edib

  • >
628 4 Mart 2014 19:40 | Siyasət

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın ölkəmizdə yeni açılmış səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Jose Jater Penanı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş əsnasında iki ölkə arasında siyasi, iqtisadi, mədəni və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə müzakirələr aparılıb.
Kolumbiyanın Bakıda səfirliyinin fəaliyyətə başlamasının əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olunub.


AzNews.az
Bağla X