Aydın Acalov bir neçə saat əvvəl avtomobil qəzasına düşüb Aydın Acalov bir neçə saat əvvəl avtomobil qəzasına düşüb

Müsavatın devizlərini hazırlayan şəxs həlak oldu - Yenilənib

Aydın Acalov bir neçə saat əvvəl avtomobil qəzasına düşüb

Müsavat Partiyasına və demokratik düşərgəyə böyük itki üz verib. Müsavat Məclisinin üzvü Aydın Acalov bir saat əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə xəbər musavat.com-a mərhumun yaxın dostlarından çatıb.

Bildirilir ki, fəlsəfə doktoru Aydın Acalov Müsavat Partiyasının departament rəhbəri, İctimai Palatanın Regional Təşkilat komitəsinin üzvü idi. Avtomobil qəzası Hökməli dairəsinin yaxınlığında baş verib - "KamAZ" markalı yük maşını Aydın Acalovun idarə etdiyi avtomobilin üstünə çıxıb. Acalovun cənazəsi hazırda Yasamal morqundadır.

Onu da qeyd edək ki, mərhum 2010-cu ildə Müsavat və AXCP-nin yaratdığı seçki blokunun loqotipinin, eləcə də partiyanın bir sıra seçki şüar və devizlərinin müəllifi idi.

Allah rəhmət eləsin!

**
Hadisə ilə Respublika Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Müşfiqabad qəsəbəsinin ərazisində "KamAZ" markalı yük maşını ilə "Mitsubishi Pajero" markalı minik avtomobili toqquşub. "Mitsubishi Pajero"nun sürücüsü ölüb. Partiyadan ölən sürücünün A. Acalov olduğu bildirilib.

AzNews.az