08:14
(077) 610-22-33

Elmar Məmmədyarov Çexiya səfirini qəbul edib - Foto

  • >
488 5 Mart 2014 19:10 | Siyasət

Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vitezslav Pivonkanı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AzNews.az - a verilən məlumata görə, E.Məmmədyarov V.Pivonkanı ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Görüş əsnasında Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda parlamentlərarası əlaqələrin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd edilib. Səfir fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında münasibətlərin hərtərəfli inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. V.Pivonka etimadnaməsinin surətini nazirə təqdim edib.


AzNews.az
Bağla X