“Bütün bunlar ortada olduğu halda İran prezidenti gedib orda nəyi dəyişəcək ki?” “Bütün bunlar ortada olduğu halda İran prezidenti gedib orda nəyi dəyişəcək ki?”

Cümşüd Nuriyev: “Fars rejimi zəlzələ ilə soydaşlarımıza meydan oxudu”

“Bütün bunlar ortada olduğu halda İran prezidenti gedib orda nəyi dəyişəcək ki?”



İran azərbaycanlıların yaşadığı ərazilərdə baş verən zəlzələ ilə bağlı bütün ölkə ərazisində matəm elan etmədi. Hətta prezident ölkədə ola-ola təbii fəlakət zonasına getmədi. Bunu onunla əsaslandırdılar ki, ölkə başçısı Səudiyyə Ərəbistanında səfərdədir. Hərçənd prezidenti Mahmud Əhmədinejatın zəlzələ baş verəndən bir gün sonra sözügedən səfəri reallaşdırdığı barədə dəqiqləşdirilmiş məlumat var. Bütün hallarda səfərdə olsa belə, dövlət başçısı olaraq Əhmədinejat səfəri təxirə salmalı, zəlzələnin nəticələrinin aradan qaldırılması prosesini diqqətdə saxlamalıydı. Yaxın və uzaq dünya təcrübəsində biz bunun şahidi olmuşuq.
Cənubi Azərbaycanı öz ərazisi hesab etdiyi halda rəsmi Tehranın sərgilədiyi mövqe narazılıq doğurmaya bilməz. Maraqlıdır, bu münasibət rəsmi Tehranın Şərqi Azərbaycan adlanan bölgəni özününkü hesab etməməsi deyil ki?

AzNews.az-a "Burada çox maraqlı məqamlar var"- deyən siyasi şərhçi Cümşüd Nuriyevin sözlərinə görə, zəlzələnin təbii fəlakət olması belə böyük şübhə doğurur: "Bu zəlzələ bölgəsində zəlzələnin lokal hal alması bunun təbiiliyinə kölgə salır. Yəni həmin ərazidə yeraltı nüvə sınaqları təcrübədən keçirildiyi ehtimalını ortaya çıxarır. Bu tipli hadisə Qazaxıstanda da baş vermişdi və əvvəlcə zəlzələ hesab etmişdilər. Amma sonra bəlli oldu ki, məhz həmin ərazidəki şaxtalarda yeraltı nüvə sınaqları təcrübədən keçirilib. İranda da həmin silahların təcrübədən keçirilməsi məsələsi gündəmdə olduğuna görə, bu ehtimal istisna deyil. Əhmədinejat da bu ehtimalın qarşısını almaq üçün bu addımı atıb. Maraqlıdır ki, zəlzələ baş verəndə İranın bəzi fars saytları az qala bunu bayram kimi təqdim edirdilər. Bu da ona dəlalət edir ki, bu dövlətin planlaşdırdığı bir zəlzələdir. Bundan xəbərdar olduqlarına görə də bunlar bütün ölkə ərazisində matəm elan etmədilər. Zəlzələ baş verdiyi Şərqi Azərbaycan bölgəsində matəmin elan olunması və ora göndərilən yardımların qarşısının alınması da bu şübhələrin artmasına gətirib çıxardı".

C.Nuriyev hesab edir ki, zəlzələ planlı olduğundan bu, İran üçün ağır nəticələnə bilər deyə, prezident əl-ayağa düşüb: "Ona görə ki, onların sevincinin artıq sonu çatıb və bu sevinc onlara uğurlu heç nə də vəd etmir. İranın bu sınağı keçirdikdən sonra onu Azərbaycanın digər bölgələrində sınaqdan keçirməyəcəyinə bizim heç bir zəmanətimiz yoxdur. Ən maraqlısı isə odur ki, İranın nüvə sınağını keçirəcəyi yerlərin hamısı sırf azərbaycanlıların yaşadığı ərazilərdir. Fars rejimi azərbaycanlıların yaşadığı ərazidə belə bir sınağı keçirməklə Azəri türklərinə meydan oxudu. Məsələ burasındadır ki, İranda ən fəal kütlə də Azəri türkləridir. Son 1300 il ərzində İran dövlətinin başında dayanan da, onu qoruyub saxlayan da Azərilər olub. Bu müddət ərzində farslar çox az müddətdə hakimiyyətdə olublar. Xameynidən sonra Xamneyi də azəri türküdür və İranın hazırki dövlət başçısı da azəri türküdür. Amma təəssüf ki, onlar İranda sapı özümüzdən olan baltaları önə çəkirlər. Çünki onların əli ilə daha rahat baş kəsirlər. Tarixən farsbaşlılar və fars xanımları vəzifədə daha irəli çəkilirlər. Necə ki, sovet dönımində Şimali Azərbaycanda bu siyasət həyata keçirirdi. Hazırda İranın fars rejimi həm zəlzələ, həm də digər bölgələrdə azərbaycanlılara qarşı bu siyasətiyürüdürlər. Bütün bunlar ortada olduğu halda İran prezidenti gedib orda nəyi dəyişəcək ki?"


Gültən
AzNews.az