23:40
(077) 610-22-33

Irandakı sammitə qatılmadıq

  • >
451 26 Avqust 2012 14:42 | Siyasət

Ölkə başçısı İlham Əliyev toplantıya qatılmayıb



AzNews.az Azadlıq radiosuna əsasən xəbər verir ki, İranın paytaxtı Tehranda Qoşulmama hərəkatına daxil olan ölkələrin sammiti keçirilir.

Sammitdə 35 ölkə lideri və 80-dən çox ölkənin nümayəndəsi iştirak edir.

BMT-nin baş katibi Ban Ki Moon da sammitə qatılıb.

Məlumatlara görə Həmasın lideri İsmail Haniya sammitə dəvət olunmayıb.

Fələstini sammitdə prezident Mahmud Abbas təmsil edir.

Qoşulmama hərəkatına 120-dək ölkə daxildir.

Sammit avqustun 31-dək davam edəcək.

Qeyd edək ki, İranda sammitdə iştirak etmək üçün prezident İlham Əliyev şəxsən dəvət olunsa da, ölkə başçısı Tehrana getməyib.

Hələ ki, Azərbaycanı sammitdə təmsil edəcək rəsmi şəxslərin kimliyi haqqında heç bir məlumat yoxdur.

Elza
AzNews.az
Bağla X