Toplantıya hansı səviyyədə qatılacağımız isə hələki bəlli deyil Toplantıya hansı səviyyədə qatılacağımız isə hələki bəlli deyil

Elman Abdullayev: “Azərbaycan Tehran sammitində iştirak edəcək”

Toplantıya hansı səviyyədə qatılacağımız isə hələki bəlli deyil



Dünən İranın Paytaxtı Tehranda dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatının sammiti başlayıb. Sammit avqustun 31-dək davam edəcək. Toplantının birinci günü ekspertlər səviyyəsində məsləhətləşmələrlə baş tutub.

Məlumata görə, Sammitdə 50-dən çox prezident, kral və baş nazirlər iştirak edəcək. Hərəkatın 35 üzvü toplantıda nazirlər səviyyəsində təmsil olunacaq. Bir il öncə hərəkata qoşulan Azərbaycan isə Tehran sammitində hansı səviyyədə təmsil olunacağını hələki açıqlamayıb. Bununla yanaşı bəzi mətbu orqanlar Azərbaycanın bu sammitdə iştirak etməyəcəyi ilə bağlı xəbərlər yayıb.

Məsələ ilə bağlı xarici işlər nazirliyinin mətbuat xidməti Elman Abdullayev AzNews.az-a bildirdi ki, Azərbaycan da Qoşulmama Hərəkatının sammitində iştirak edəcək: "Toplantıya hansı səviyyədə qatılacağımız hələki bəlli deyil. Deyim ki, avqustun 28-29-da xarici işlər nazirləri səviyyəsində görüş olacaq. Sonrakı 2 günə isə zirvə görüşləri planlaşdırılır".

İlkin
AzNews.az