İran Azərbaycanı beynəlxalq məhkəməyə verir

İranın Ekologiya Qurumunun Dənizlər üzrə müavini Əlirza Kərbasi "Mehr" agentliyinə bildirib ki, Azərbaycan Respubliukasının Xəzər dənizindəki neft yataqlarından sızan xam neft Xəzərin İran sahillərini çirkləndirib.

Onun sözlərinə görə, İran bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə şikayət edəcək. Kərbasinin bildirdiyinə görə, Azərbaycanın neft yataqlarından sızan xam neft İranın Kilan vilayətinin sahillərinə qədər çatıb və dənizin bu hissəsində suların çirkənməsinə səbəb olub. Kərbasinin sğzlərinə görə, hələlik çirklənmənin səviyyəsi bəlli deyil, amma təxminlərə görə Azərbaycanın neft yataqlarından 300 min barel neft dənizə axıdılıb.

Məlumatda həmçinin bildirilir ki, İranın Sahil və Liman Qurumu çirkli suların təmizlənməsinə başlayıb. Lakin bu işə böyük xərc tələb olunduğundan dəyən ziyan işlər başa çatandan sonra hesablanacaq.

Alpər
AzNews.az