Elmar Məmmədyarov: “Ukraynanın ərazi bütövlüyünün lehinəyik“

Azərbaycan Ukraynada sabitliyin bərpa olunmasına və mövcud problemlərin sülh yolu ilə həll edilməsinə çağırır.

Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vanda Türkiyə, İran və Azərbaycan XİN rəhbərlərinin görüşünün yekunu üzrə deyib.

Onun sözlərinə görə, bütün fəaliyyətlər Ukraynanın Konstitusiyasına uyğun aparılmalıdır.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünün lehinə çıxış edir: "Ərazi bütövlüyü məsələsi Azərbaycan üçün çox önəmlidir".

AzNews.az