Qondarma “erməni soyqırımi” dərsliklərə salınıb

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin rəhbərliyi dönəmində təhsil nazirləri olmuş Haviyer Darcos və Luk Katel tərəfindən başladılan tarıx kitablarındakı dəyişiklik layihəsinin davamı olaraq qondarma "erməni soyqırımı" kitablara salınacaq. Məlumat üçün bildirək ki, keçmiş nazirlər 1910-cu ildən bu günə qədər baş verən hadisələrlə bağlı məlumatların 4 - cü sinif üçün nəzərdə tutulan "Tarıx" kitablarına salınması üçün çalışırdılar.

AzNews.az - ın Doğan Xəbər Agentliyinə istinadən verdiyi məlumata gərə, yeni hökumətin təhsil naziri Vinçent Pellionun da dəyişdirmədiyi bu qərara əsasən bu il məktəblərə veriləcək "Tarıx" və "Coğrafiya" dərslikləri yenilənib. Kitablardan fransız generalları Foch və Joffe haqqında məlumatlar çıxarılıb, əvəzində qondarma "erməni soyqırımı", 2 - ci Dünya Müharibəsində fransızlar tərəfindən əsir alınan alman rəssamı Otto Dixə geniş yer verilib.

Kitablardakı dəyişikliklərin Fransada yaşayan 500 min türk ailəsi tərəfindən qəzəblıə qarşılanacağı bildirilir. Məlumat üşün bildirək ki, 2010-cu ildə Strasburq yaxınlığındakı orta məktəbdə təhsil alan türk şagird "erməni soyqırımı" başlıqlı məqalə hazırlamaqdan imtina etdiyinə görə məktəbdən qovulma təhlükəsi ilə üzləşmişdi.

E.Əlosmanqızı
AzNews.az