İlham Əliyev irlandiyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev İrlandiya Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, İrlandiyanın milli bayramı - Müqəddəs Patrik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-İrlandiya əlaqələri daha da inkişaf edərək ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

AzNews.az