20:31
(077) 610-22-33

Nurçuların Azərbaycan hesabatındakı müxalifətçilər – Foto

  • >
3 680 17 Mart 2014 10:55 | Siyasət

Azərbaycandakı nurçular Fətullah Gülənə müxalifət siyasətçilərlə bağlı hesabat məktubu göndəriblər.

Bu barədə informasiya "Axar.az"a etibarlı mənbələrdən daxil olan sənəddə yer alır. Əhməd Səlim Uzunhancı tərəfindən göndərilən məktubda "xidmət hərəkatı"na qarşı müxalifətdə düşmən mövqeyi tutan liderlərin adları yer almaqdadır.

Məktubu yazan şəxs demək olar ki, bütün müxalifət liderləri haqqında məlumat verməklə onların "xidmət hərəkatı"na yararlı olub-olmayacağı haqqında fikirlərini bildirir.

Məktubu olduğu kimi təqdim edirik:

"Möhtərəm Fətullah Gülən Xoca əfəndim! İnşallah yaxşısınız. Uca Rəbbimdən sizə sağlıq və səhhət diləyirəm. Sizin əmrinizlə Azərbaycanda "ximət hərəkatı"nın yürüdülməsi işini üzərimə götürdüyüm üçün böyük qürur duyuram. Azərbaycan kimi fövqəladə bir ölkənin imamı olmaq məni həddindən artıq xoşbəxt etmişdir. Bu mühüm vəzifəni həyata keçirə bilməkdən ötrü sizin dualarınıza möhtacam. Sizin dualarınız sayəsində qarşıdakı beş il ərzində böyük işlər həyata keçirəcəyimizi uca Allahdan niyaz edirəm. Ənvər Özərən abimizin müvəffəqiyyətlə həyata keçirdiyi işi daha da irəli aparacağımızdan ümidliyəm. Sizin əmrinizlə hazırlanması gərəkən son vəziyyət hesabatını dostlarımızla birlikdə hazırlayıb, təftiş etməkdəyik. Azərbaycandakı siyasi ortamın "xidmət hərəkatı"mıza qarşı tutduğu mövqeyi nəzərə alaraq, əldə etdiyimiz bilgilərlə aşağıdakı nəticələrə gəlmişik.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli sekulyar fikriylə, mütədəyyin qrupa qarşı mövqeyilə seçilməkdədir.

Türkiyədəki masonik məxfilərlə sıx münasibət içində olduğuna dair bilgilər tərəfimizdən təsbit edilmişdir. Seçkilərdə müvəffəqiyyət qazana bilməməsi nəticəsində cəmiyyətdəki dəstəyini itirib. AXCP daxilindəki dostlarımdan əldə etdiyim məlumata görə, Əli Kərimliyə qarşı əslində partiya daxilində ciddi bir müxalifət formalaşmaqdadır. Lakin bu müxalifət hələ açıq hərəkət edəcək vəziyyətə gəlməyib. Əli Kərimlinin partiya daxilində dəstəyini itirdiyi üçün uzun müddət sədr vəzifəsində qalma ehtimalı yoxdur. AXCP daxilində formalaşan müxalif kəsimdə bizə yaxın dostlarımız yer almaqdadır. Gələcəkdə Əli Kərimlinin yerinə alternativ axtarılmalı olanda bizə yaxın olan adamlardan birini bu vəzifəyə gətirmək imkanına malikik.

Dindar qruplara mənfi münasibətilə seçilən müxalif partiya liderlərindən biri olan Sabir Rüstəmxanlı "xidmət hərəkatı"mıza qarşı düşmən mövqeyilə seçilməkdədir.

Sabir Rüstəmxanlı və xanımı Tənzilə Rüstəmxanlının Türkiyədə kamalçı, dünyəvi və ərgənəkonçu adlanan bir qrupla sıx əlaqədə olduqları hər kəs tərəfindən bilinən bir gerçəkdir. Dostlarımızın Rüstəmxanlı cütlüyünün Türkiyədəki fəaliyyətlərini davamlı olaraq nəzarət altında saxlayacaqlarının faydalı olacağından əminəm.

Bir zamanlar mərhum Əbülfəz Elçibəyə yaxın çevrədən çıxmasına rəğmən İslama qarşı mövqeyilə önə çıxan digər bir müxalifət lideri Qüdrət Həsənquliyevdir.

İslama və müsəlmanlara qarşı düşmən mövqeyi azğınlıq dərəcəsinə çatan Qüdrət Həsənquliyevin "xidmət hərəkatı"mıza qarşı sərt mövqeyilə seçilən şəxslərdən biri olduğunu qeyd etmək gərəkdir.

Azərbaycan İslam Partiyasının idarəçiləri və onların tərəfdarlarının məzhəb fərqliliyi və qatı şiə olma səbəbilə "xidmət hərəkatı"mıza qarşı mənfi mövqe tutduqları bilinməkdədir.

AİP sədri Mövsüm Səmədovun 2011-ci ildən həbsdə olmasına baxmayaraq, ona yaxın olan dairələr və partiya üzvləri irançı təbliğatı aparmaqla məşğuldurlar. AİP sədri və digər irançı qrupların fəaliyyətlərinin aşkara çıxarılması və həbslərində dövlət idarələrindəki dostlarımız da böyük rol oynamışlar.

Azərbaycan və Türkiyədəki dostlarımızın ortaq fəaliyyəti sayəsində Azərbaycanla Türkiyədəki irançı qrupların bir-biriylə əlaqələrinin inkşafının qarşısı müvəffəqiyyətlə alınmışdır.

"Xidmət hərəkatı"mıza qarşı mənfi münasibətiylə seçilən şəxslərdən biri də Azərbaycan müxalifətinə yaxınlığı ilə fərqlənən irançı aktivist Hacı İlqar İbrahimoğlu adlı şəxsdir.

Bu şəxsin "xidmət hərəkatı"na qarşı gizli söyləmlər etdiyini öyrənmişik. Yuxarıda adını açıqladığımız kişi və qurumların "xidmət hərəkatı"mıza qarşı mənfi münasibət və davranışlarıyla əlaqədar önləmlərimizi almaq istiqamətində çalışmalarımızı aparırıq".



AzNews.az
Bağla X