Milli Şura sessiyaya hazırlaşır - Açıqlama


Yaxın günlərdə Milli Şuranın sessiyası keçiriləcək. Bu barədə məlumatı AzNews.az-a Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev verib. Onun sözlərinə görə, sessiyada ölkədə baş verən proseslər müzakirə olunacaq, müəyyən qərarlar qəbul ediləcək:

"Təşkilatlanma və yeni üzvlərin qəbulu məsələsinə də baxılacaq. Ötən sessiyada əsasnaməyə müəyyən dəyişikliklər edilmişdi. Bu istiqamətdə də müzakirələr aparıla bilər. Bilrsiniz ki, Milli Şura ölkədə baş verən əsas hadisələri və eyni zamanda qurumun güclənməsi üçün qarşıda duran məsələlər müzakirə obyekti olacaq".

O.Gülalıyev onu da bildirib ki, Milli Şura bu sessiyasını Klassik Xalq Cəbhəsi partiyasının qərargahında keçiriləcək.

Bahar Rüstəmli
AzNews.az