00:54
(077) 610-22-33

Nurçuluqda ittiham olunan Elnur Aslanov işdən çıxarıldı- SƏRƏNCAM

  • >
6 624 17 Mart 2014 15:07 | Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Elnur Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elnur Kazım oğlu Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilsin.

Xatırladaq ki, son günlər ictimaiyyətdə və mediada Elnur Aslanovun nurçularla bağlılığı, o cümlədən bu təriqətin lideri olan Fətullah Gülənlə əlaqələrinə dair xəbərlər yer alıb.

AzNews.az
Bağla X