19:58
(077) 610-22-33

Ölkəmizə daha 4 yeni səfir gəlir

  • >
435 27 Avqust 2012 19:45 | Siyasət

Azərbaycanda fəaliyyət göstərən bir neçə xarici ölkə səfiri diplomatik fəaliyyəti başa vurub, öz ölkələrinə qayıdıblar. Onları yeni diplomatlar əvəzləyəcək. AzNews.az Modern.az saytına istinadən xəbər verir ki, yeni təyin olunmuş səfirlərin ölkəmizə gəlmə vaxtlarını səfirliklərdən öyrənməyə çalışıb.

Quzey Kipr Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyindən bildirilib ki, yeni səfir Saddədin Topukço sentyabrın 1-də Bakıda olacaq. O, sabiq səfirin iqamətgahında fəaliyyət göstərəcək, onun gələcək görüşləri barəsində nümayəndəlikdə heç bir məlumat yoxdur. Qeyd edək ki, bundan öncə səfir postunu Zeki Qazioğlu tutub.

Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, yeni səfir İsmayıl Alper Coşqunun avqustun sonlarında Bakıya gələcəyi gözlənilsə də, ən yeni xəbərdə dəqiq tarix göstərilmir: "Səfir yayda gəlməli idi, amma gəlmə vaxtı indi uzadılıb, biz də hələ ki, səfirin gəlmə vaxtını dəqiq bilmirik". Eks-səfir Hulusi Kılıç isə hələ ki səfir postunu tərk etməyib.

İsrailin Azərbaycan səfirliyindən aldığımız məlumata görə, bu diplomatic korpusa təyin olunmuş yeni səfir avqustun sonunda Bakıya gələcək. Yeni səfir Rafi Apraz, eks-səfir Mixael Lotemi əvəz edəcək. Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Mixael Lotem isə Bakını sentyabrın əvvəlində tərk edəcək.

Cənubi Koreyanın Azərbaycana təyin olunmuş yeni səfiri Choi Sukun sentyabrın 10-da ölkəmizə gəlməsi planlaşdırılır.

Elza
AzNews.az
Bağla X