23:05
(077) 610-22-33

“El”də fikir ayrılığı yaranıb

  • >
898 18 Mart 2014 13:15 | Siyasət

""El" hərəkatının adının dəyişdirilməsi müzakirə mövzusu deyil".

Bunu AzNews.az-a açıqlamasında "El" hərəkatının sədr müavini Zəfər Quliyev deyib.

Z. Quliyev bildirib ki, hərəkatın bütün qurumlar fəaliyyətini dayandırıb və bütün proseslər qurultaya hazırlıq istiqamətində gedir:

"Adın dəyişdirilməsi qurultayın səlahiyyətidir. Lakin belə bir söhbət də yoxdur. Yəni heç kim, heç nəyi dəyişmir".

Xatırladaq ki, "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev mətbuata açıqlamasında bildirmişdi ki, qurumun rəhbəri Eldar Namazov "El" hərəkatının adını dəyişmək istəyir.

Bahar Rüstəmli
AzNews.az
Bağla X