14:21
(077) 610-22-33

Eldar Namazov: “Ziyalılar Formunun fəaliyyəti kölgədə qaldı”

  • >
784 18 Mart 2014 15:06 | Siyasət

"Ziyalılar Forumu artıq bir razılığa gəlməli və tədbir keçirməlidir".

Bunu AzNews.az-a açıqlamasında "El" hərəkatın sədri, Ziyalılar Forumunun üzvü Eldar Namazov deyib.

E. Namazov bildirib ki, uzun fasilədən sonra keçiriləcək toplantıda Ziyalılar Forumunun taleyi ilə bağlı bir qərar veriləcək: "Yəqin ki, yaxın zamanlarda bununla bağlı bir qərara gəlib, toplaşıb, fikir mübadiləsi aparacağıq. Ötən il keçirilən prezident seçkiləri, bir neçə qurumun eyni vaxtda fəaliyyət göstərməsi Ziyalılar Forumunun fəaliyyətini bir qədər kölgədə qoydu. Lakin ziyalılar arasında ünsiyyət davam etməkdədir. Amma onların bir araya gəlməsi üçün toplantı keçirmək şərtdir".

E. Namazov qurumun siyasi proseslərdən kənarda dayanması ilə bağlı bəzi Forum üzvlərinin mövqeyinə də münasibət bildirib: "Əlbəttə, bu bütün ziyalıların fikiridir. Ona görə də Ziyalılar Forumu bir təşkilat kimi siyasi proseslərdə iştirak etməyib və etmir. Ziyalılar yalnız fərdi qaydada seçki prosesinə qatılır və ya dəstək verir. Bu isə fərdi qaydada həyata keçirilə bilər. Ancaq qurum olaraq Forum siyasi proseslərdə iştirak etməyib. İlk günlərdən də Forumun qərarı belə olub. Hamının ümumi fikri də bundan ibarətdir".


Bahar Rüstəmli
AzNews.az
Bağla X