14:22
(077) 610-22-33

Zərdüşt Əlizadə: “Rusiya ABŞ və Böyük Britaniyanın yolu ilə getdi”

  • >
1 464 18 Mart 2014 16:59 | Siyasət

"Heç bir dövlət Kırıma görə Rusiya kimi böyük ölkə ilə hərbi yolla danışaraq, dünyanı təhlükə qarşısında qoymaz". Bunu AzNews.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Z. Əlizadənin sözlərinə görə, baş verənlərlə bağlı, BMT-də Rusiya qarşı heç bir sanksiya tətbiq edə bilməz. Çünki Rusiya BMT-də veto hüququna malikdir: "Avropa və beynəlxalq miqyaslı təşkilatların qərarları icbaridir. Bunlar isə Rusiyanın narahat etmir. Avropa Şurası və ATƏT Rusiya üçün "məzəmmət" xarakterli təşkilatlardır".

Rusiyanın Krımla bağlı siyasətinin beynəlxalq təşkilatlar tərəfindən tənqid edilməsinə də toxunan Z. Əlizadə vurğulayıb ki, bu məsələdə Rusiyanın da arqumentləri əsaslıdır: "NATO Kosavanı almaq üçün, Yuqoslaviyanı bombardıman etdi. Rusiyada indi deyir ki, "Sizə olar, bizə yox?". İqtisadi sanksiyalara gəldikdə isə Avropa hazırkı vəziyyətdə Rusiyaya qarşı nəticəvi embarqo təyin edə bilməz. Təkcə Avropa ilə iqtisadi ticarət mübadiləsi 400 milyard dollardan çoxdur. Yəni Rusiyaya qarşı iqtisadi sanksiyalar Avropaya da mənfi təsir edəcək. Bu mənada Avropa biznesmenləri Rusiyaya qarşı sanksiyaların tərəfdarı deyillər. Təbii ki, bizneslə hesablaşmağa məcbur olan hökumətlərin Rusiyaya qarşı sanksiyaları da bir o qədər şiddətli olmayacaq".

Politoloq əlavə edib ki, ABŞ, Böyük Britaniya və digər dövlətlər bu hüququ pozduğu kimi, Rusiya da eyni addımı atır: "Rusiya da imperialist dövlət olduğundan beynəlxalq hüququ tapdalayır. Hesab edirəm ki, Qərb bu hüququ pozduğu üçün Rusiyaya heç nə deyə bilməyəcək. Avropa Rusiyanın neft və qazını bundan sonra da alacaq. Krımın Rusiya tərəfindən ilhaq edilməsi isə Ukraynanın hazırkı hakimiyyətinin, xüsusən də Qərbin günahıdır".

Amid
AzNews.az
Bağla X