20:30
(077) 610-22-33

Sərdar Cəlaloğlu: “ADP yaradılacaq quruma qoşulmayacaq”

  • >
559 28 Avqust 2012 11:16 | Siyasət

Əvəz Temirxan: “Biz müxalifətin bir araya gəlməsində maraqlıyıq”



Xəbər verildiyi kimi, avqustun 24-də 17 siyasi partiyanın iştirakı ilə müxalifətdaxili əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün növbəti görüş keçirilib. Görüşdə Yusif Bağırzadə (AMİP), Şakir Ulubəy (DBP), Həsən Kərimov (AXCP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Taliyət Əliyev (ADP), Sülhəddin Əkbər (ACP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mirmahmud Mirəlioğlu (KXCP), Mais Gülalıyev (Yaşıllar Partiyası), Fuad Əliyev (ALDP), Arif İsmayılbəyli (VHP), Bakir Həsənbəyli (Ümid), Hacıbaba Əzimov (VAMBP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası) və Tahir Abbaslı (Demokratik İslam Partiyası) iştirak ediblər. Sonda Demokratik Qüvvələrin Məşvərət Məclisinin yaradılması qərara alınıb. Amma toplantıda iştirak edən partiyalar bu quruma hələki üzv olmaqda tərəddüd edirlər.

Azərbaycan Demokratik Partiyası da DQMM-nin toplantısına qatılsa da, bu quruma qoşulmayacaq. Partiya sədri Sərdar Cəlaloğlu AzNews.az-a deyib ki, ADP Demokratik Qüvvələrin Məşvərət Məclisinə qoşulmayacaq: "Hesab edirəm ki, müxalifət məhdud bir çərçivədə birləşməməlidir. Əgər birləşirlərsə, bütövlükdə bir araya gəlsinlər. Buna görə də, biz o qurumda təmsil olunmayacağıq. Mövcud olmayan bir qurumdan danışmağa dəyməz".

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə bildirdi ki, bu quruma qoşulmaq ilə bağlı müzakirələr aparılacaq: "Partiyanın əsasnaməsi hazırlanır, bu mərhələdən sonra qərar veriləcək. Biz müxalifətin bir araya gəlməsində maraqlıyıq. Amma DQMM da müxalifətin geniş spektrdə birləşməsi demək deyil. Hər halda bu qurumda uğur görürük".

İlkin
AzNews.az
Bağla X