18:30
(077) 610-22-33

G8 sammiti Rusiyada keçirilməyəcək

  • >
1 125 24 Mart 2014 19:36 | Siyasət


"Böyük səkkizlik" ölkələri Rusiyada sammit keçirməyəcək

AzNews.az - ın xəbərinə görə bunu Britaniya Baş naziri Devid Kemeron deyib.
"Tam aydındır ki, bu il "böyük səkkizlik" sammiti Rusiyada keçirilməyəcək" - deyə Kemeron Haaqada Avropa ölkələrinin dövlət başçılarının görüşündə bildirib.
Hələ bir qədər əvvəl Krım ətrafındakı situasiya ilə bağlı bir çox ölkələrin nümayəndələri bildiriblər ki, yayda Soçidə keçiriləcək "səkkizlik" sammitinə hazırlığı dayandırmaq lazımdır.
Xatırladaq ki, 16 martda Krımın müxtariyyəti statusunu həll etmək üçün referendum keçirilib. İştirakçıların 96% i regionun Rusiyanın tərkibinə qatılmasına səs verib və 18 martda uyğun müqavilə imzalanıb. Dövlət duması və Federasiya Şurası Krımın Rusiyaya birləşdirilməsi və federal konstitusiya qanunu RF tərkibində iki yeni subyektin - Krım Respublikası və federal əhəmiyyətli Sevastopol şəhərinin yaradılması təkliflərini bəyənib.
Prezident Putin hər iki sənədi imzalayıb.
Bu arada Rusiyanın ümumiyyətlə G8 tərkibindən çıxarılması barədə fikirlər səsləndirilməkdədir. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya "böyük səkkizlik"dən çıxarılarsa belə Vladimir Putin bundan təəssüflənməyəcək.


Zakir
AzNews.az

Bağla X