Viktoriya Nuland: “Biz ölkələrin ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşırıq” Viktoriya Nuland: “Biz ölkələrin ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşırıq”

Dövlət Departamenti Cənubi Azərbaycanla bağlı açıqlama verdi

Viktoriya Nuland: “Biz ölkələrin ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşırıq”



ABŞ dövlət departamenti konqresmen Dana Rorobaxerin Hilari Klintonun adına ünvanlanmış Cənubi Azərbaycanla bağlı məktubu aldıqlarını təsdiqləyib. AzNews.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamanı departamentin rəsmi təmsilçisi Viktoriya Nuland verib.

O, Cənubi Azərbaycanın milli azadlıq hərəkatına dəstək verilməsi ilə bağlı konqresmenin məktubunu aldıqlarını və məktuba cavab verildiyini bildirib. Bununla belə, Nuland məktubun detalları ilə bağlı açıqlama verməkdən imtina edib və bildirib ki, "biz ölkələrin ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşırıq".

Sadiq
AzNews.az