- Köhnə - Siyasət
- 28 Avqust 2012 12:25
- 3 155
Səfir insult keçirdi
Tacikistanın Azərbaycandakı səfiri xəstəxanaya yerləşdirilib
Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov ağır vəziyyətdə Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. APA-nın xəbərinə görə, insult keçirən səfirin vəziyyəti sabit-ağırdır.
Mərkəzi Klinik Xəstəxanadan APA-ya səfirin reanimasiya şöbəsinə yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu deyilib. "Onun nəfəs almasına problem var. Vəziyyəti stabilləşəndən sonra palataya keçiriləcək", - deyə xəstəxanadan bildirilib. Hazırda səfirin səlahiyyətlərini səfirliyin müşaviri Zoxir Saidov yerinə yetirir.
AzNews.az