19:12
(077) 610-22-33

Milli Şuranın sessiyası niyə təxirə salındı?

  • >
801 27 Mart 2014 10:21 | Siyasət

"Milli Şuranın mart ayına nəzərdə tutulan sessiyası gələn həftə keçiriləcək".

Bu barədə AzNews.az-a açıqlamasında Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bildirib. Onun sözlərinə görə, sessiyanın nəzərdə tutulan vaxtda keçirilməməsi Novruz bayramı ilə əlaqədar olub:

"Bayram istirahət üçündü. Biz də qərara aldıq ki, insanların istirahətini əlindən almayaq. İndi sessiyaya hazırlıq gedir. Sessiyada təşkilatlanma və yeni üzvlərin qəbulu məsələsinə baxılacaq. Şura ölkədə baş verən əsas hadisələri və eyni zamanda qurumun güclənməsi üçün qarşıda duran məsələlər müzakirə edəcək".

Bahar Rüstəmli
AzNews.az
Bağla X