13:04
(077) 610-22-33

Natiq Miri: “Bu, gedər-gəlməz labirintdir”

  • >
548 28 Avqust 2012 14:01 | Siyasət

"ATƏT-in Minsk qrupu baş aldatmaq üçün oyuncaqdır. Keçirilən Monitorinqlər Azərbaycanın maraqlarına xidmət etmir. Bu, yalnız erməniləri qorumağa xidmət edir." Bu sözləri AzNews.az-a politoloq Natiq Miri avqustun 29-da Qazax rayonu Cəfərli kəndinin yaxınlığındakı təmas xəttində keçiriləcək monitorinqə münasibət bildirərkən deyib. O, bildirib ki, monitorinq danışıqlar prosesinin aktiv hərbi fazaya keçməsinin qarşısını almaq üçün düşünülüb: "Bu, bir növ status-kvonu qorumağa xidmət edir. Avropada konkret adamlar on illər boyu yüksək maaşlar, gözəl otellər və xoş münasibətlə əhatə olunublar. Nəyə görə bunun bitməsini istəsinlər ki?".

Politoloq vurğulayıb ki, prosesin BMT-nin mandatı ilə ATƏT-in Minsk qrupuna həvalə olunması çözümsüzlük üçün düşünülüb: "İki bir-birinə zidd olan prinsipi uyğunlaşdırmaq yalnız sehrbazların işidir. Bu gün isə dünya gücləri güc tətbiq olunmadan bu prinsiplər əsasında problemin çözülməsini tələb edirlər. Bu, gedər-gəlməz labirintdir. Məqsəd Azərbaycanı yorub, faktla, hazırkı status-kvo ilə razılaşmasına təhrik etməkdir.

Çünki ortada bir işğal faktı var və beynəlxalq hüququn gərəyi yapılmalıdır. Ermənistanı işğal etdiyi ərazidən çəkilməsi üçün təzyiq etməlidirlər. ATƏT də isə bu cür mexanizmlər yoxdur və hər şey konsensusla qəbul olunur. Yəni, hər hansı bir ölkənin, eyni zamanda işğalçı Ermənistanın qəbul etmədiyi bir qərarın qəbul olunma imkanı yoxdur. Bu isə o deməkdir ki, ATƏT-in Minsk qrupu baş aldatmaq üçün oyuncaqdır. Əks təqdirdə, nədən BMT TŞ-nın 4 qətnaməsi icra olunmamış vəziyyətdə qala-qala, problemi heç bir təzyiq mexanizmi olmayan bir quruma həvalə edirlər.

Başqa tərəfdən, problemin regional səviyyədən çıxıb, qlobal səviyyə çıxmasıdır. Burada isə Qlobal güclərin regionda maraqları uzlaşmalıdır. Belə bir uzlaşma da ortada yoxdur. Ona görə hesab edirəm ki, gec -tez söz əsgərlərimizindir. Başqa cür prosesə dinamika gəlməyəcək".

İlkin
AzNews.az
Bağla X