07:36
(077) 610-22-33

VHP-çi gənclər konfransa hazırlaşır

  • >
779 27 Mart 2014 15:15 | Siyasət

Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatının konfransına hazırlıq işlərinə başlanıb. Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Nicat Kamalın verdiyi məlumata görə, artıq VHP-nin Bakı, Sumqayıt və Abşeron rayon təşkilatlarından konfrans nümayəndələrinin seçiminə başlanıb. Bundan başqa təşkilatın sədrliyinə İsmi Şahzadə və Tural Hüseynli namizədliklərini irəli sürüb və təbliğat kampaniyasına başlayıblar. Nicat Kamal qeyd edib ki, konfransın aprelin II ongünlüyündə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, VHP Gənclər Təşkilatının əsasnaməsinə uyğun olaraq mart ayında təşkilatın seçkili orqanları özünü buraxmış, gənclər təşkilatının sədri Pünhan İmamlı istefa vermiş və gənclər təşkilatının konfransına hazırlıq işlərinə başlanılıb.
Bağla X