19:18
(077) 610-22-33

Tehran Sammiti nüvə məsələsinin nöqtəsini qoydu

  • >
773 28 Avqust 2012 15:02 | Siyasət

Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri hərəkatın Tehranda keçirilən sammitində müzakirəyə çıxarılacaq Bəyannamə layihəsini bu gün təsdiqləyiblər. AzNews.az-ın "Mehr" agentliyinə istinadən yaydığı mıəlumata görə, məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyində İranın daimi nümayəndəsi Əli Əsğər Sultaniyyə deyib.

Agentliyin nümayəndəsinin sözlərinə görə, Qoşulmama Hərəkatına üzv ölkələr İranın nüvə proqramına dair ayrıca bəyannamə qəbul etməyəcək, lakin təsdiq olunmuş Bəyannamədə sülh yönlü nüvə proqramına dair bəndlər var.

Qeyd edək ki, bazar günü Tehranda ekspertlər səviyyəsində öz işinə başlayan Qoşulmama Hərəkatınının Zirvə toplantısında 100-dən artıq ölkə iştirak edir. Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin iclasının bu günkü açılış mərasimində İran rəsmən növbəti üç il ərzində hərəkata sədrliyi öz üzərinə götürüb.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşü Tehranda avqustun 28-29-da keçirilməsi nəzərdə tutulub. Zirvə toplantısı islam inqilabının lideri ayətullah Seyid Əli Xamneyinin çıxışı ilə açılacaq.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammiti avqustun 28-29-da Tehranda keçiriləcək. Yeri gəlmişkən xatırladaq ki, Qoşulmama Hərəkatı formal olaraq heç bir bloka aid olmadığını elan etmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır. Onun yaradılması ideyası 1955-ci ildə Bandonq (İndoneziya) konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Qoşulmama Hərəkatının yaradıldığı elan olunub.

Qoşulmama Hərəkatına üzv olan ölkələrin XVI sammitinin rəhbəri vəzifəsində İran olacaq, bu hərəkatın ofisində isə 20 ölkədən müavinlər çalışacaq ki, onlardan Azərbaycan, Konqo, Mərakeş, Sudan, Lesoto, Banqladeş, Kamboca, Butan, İraq, Laos, Fələstin və Şri-Lanka, Venesuela və s. namizədliyi irəli sürülüb.

Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələrin XVI sammitinin rəis müavini və əməkdaşlıq və koordinasiya idarəsinin üzvü kimi seçiləcək. Azərbaycan iclasda Qoşulmama Hərəkatına üzv kimi ilk dəfədir iştirak edir.

Gültən
AzNews.az
Bağla X