İsa Qəmbər namizəd olacağını bəyan etdi

Müsavat Partiyasının başqanı İsa Qəmbər Azadlıq Radiosunun İşdən Sonra proqramının qonağı olarkən maraqlı sualları cavablandırıb.

Proqramda səslənən suallardan biri də, Emin Millinin İ. Qəmbərə 2003-cü il 15-16 oktyabr hadisələri ilə bağlı olub. Müsavat lideri bu sualı cavablandırarkən bir qədər əsəbiləşsə də, sonradan tamam başqa formada cavab verib.

Partiya başqanı bildirib ki, 2013-cü il prezident seçkilərində namizəd kimi iştirak edəcək: "Mənə səs verəcək insanların ümidlərini doğruladmağa çalışacağam".

AzNews.az