03:06
(077) 610-22-33

Əli Əliyev: “Bu, AKP liderinin gücünün göstəricisidir”

  • >
1 550 31 Mart 2014 12:24 | Siyasət

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev açıqlamasında Türkiyədə keçirilmiş 30 mart seçkilərinin nəticələrini dəyərləndirib.

Ə.Əliyevin həmin açıqlamasını təqdim edirik: "Türkiyədə keçirilən bələdiyyə seçkiləri Türkiyə cəmiyyətində uzun müddətdi dolaşan suala cavab axtarmaq nöqteyi-nəzərindən vacib idi. Həmin sual AKP-nin, konkret olaraq Rəcəb Tayyib Ərdoğanın cəmiyyətdki dəstəyinin nədən ibarət olması, partiyalar arasında güc nisbətinin müəyyənləşdirilməsi üçün olduqca zəruri hesab olunurdu. Son parlament seçkilərindən bu günə qədər Türkiyədə bir sıra irimiqyaslı hadisələrin şahidi olmuşuq. Xüsusən ötən ilin son günlərindən başlayaraq, müxtəlif iddialar adı altında ortaya çıxmış hadisələr vəziyyətin daha da ciddi olduğundan xəbər verirdi. Dünən keçirilmiş səsvermədə həmin partiyanın cəmiyyətdəki mövqeyi müəyyənləşdi, dəstəyi üzə çıxdı.

Seçkilər bir qayda olaraq partiyaların cəmiyyətdəki real dəstəyini ifadə edir. Bu baxımdan, AKP-nin qələbəsi xüsusi qeyd olunmalıdır. Mən inanmıram ki, hansısa bir hüquqi dövlətdə haqqında bu qədər müxtəlif məlumatlar üzə çıxarılan və fakt kimi cəmiyyətə təqdim edilən bir siyasi partiya seçkinı belə açıq üstünlüklə uda bilərdi. Bu, ilk növbədə AKP-nin və onun liderinin gücünün göstəricisidi.

Fətullah Gülən camaatının AKP-dən ayrılmasından sonra fikir var idi ki, cəmiyyət AKP-dən üz döndərərcək. Mənə elə gəlir ki, Türkiyə cəmiyyətinin siyasi baxımdan yetkinliyi xüsusi qeyd edilməlidir.

Belə ki, Pensilvaniyadan idarə olunan hərakat təmsilçiləri əslində AKP-nin gücünü artırmış oldular. Əgər diqqət yetirilərsə, 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərindən sonra AKP cəmiyyətdəki dəstəyini təxminən 8% səs artırdı.

Bu özü də son hadisələrə Türkiyə toplumunun verdiyi reaksiyadır. Təbii ki, bu 5 il ərzində vəzifə başında olmuş AKP-li bələdiyyə sədrlərinin inkişaf yönəlik fəaliyyətini də qiymətləndirmək lazımdır.

Bu iki məqam seçkilərdən sonra ölkə üçün yeni tablonu ortaya çıxaracaq və hesab edirəm ki, Azərbaycanda da bunun müəyyən qədər əks-sədasını hiss edəcəyik".

AzNews.az
Bağla X