İsa Qəmbər Bakı merini məhkəməyə verdi

Müsavat Partiyası bu gün Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Bunu AzNews.az-a Müsavat Partiyasının divan üzvü İkram İsrafil deyib. Onun fikirincə, buna səbəb BŞİH-nin partiyanın qurultayla bağlı müraciətinə cavab verməməsidir: "Biz partiya olaraq, qurultay keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə yer üçün müraciət etdik. Qaydaya görə, müraciətə 15 gün ərzində cavab verilməlidir. Amma müraciət hələ də cavabsız qaldığından partiya BŞİH-ni məhkəməyə verdi. Artıq bununla bağlı sənədlər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilib".

Bahar Rüstəmli
AzNews.az