Nazir Qoşulmama Hərəkatının Tehranda keçiriləcək 16-cı sammitində iştirak edəcək Nazir Qoşulmama Hərəkatının Tehranda keçiriləcək 16-cı sammitində iştirak edəcək

Azərbaycan İrana Elmar Məmmədyarovu göndərdi

Nazir Qoşulmama Hərəkatının Tehranda keçiriləcək 16-cı sammitində iştirak edəcək



"Qoşulmama Hərəkatının Tehranda keçiriləcək 16-cı sammitində iştirak edəcək Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edəcək". Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. Onun sözlərinə görə, kifayət qədər yüksək səviyyəli nümayəndə heyəti sammitə avqustun 30-31-də qatılacaq. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin ikitərəfli görüşləri də nəzərdə tutulur.

Qeyd edək ki, sammit çərçivəsində avqustun 28-29-da keçirilən xarici işlər nazirləri konfransında Azərbaycandan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

AzNews.az