İlyas İsmayılov: “Heç nədən qorxmuram”

"Heç nədən qorxmuram və istənilən təhdidlərə cavab verməyə hazıram". Bunu AzNews.az-a açıqlmasında Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov bildirib. İ. İsmayılovun sözlərinə görə, Milli Məclisin aprelin 4-də keçiriləcək növbəti iclasında həmkarlarının onu hədəfə alacağı haqda xəbərlərə inanmır: "Hər bir halda kim nə deyəcəksə, cavabını da alacaq. Heç nədən çəkinən adam deyiləm. Bir də məni necə hədəfə ala bilərlər? Hansı pis əməlim var ki? Odur ki, heç nədən çəkinmirəm və inanmıram ki, həmkarlarım mənə qarşı hansısa haqqsızlıq etsinlər".

Qeyd edək ki, deputat İlyas İsmayılovla spiker Oqtay Əsədov arasında ötən iclaslarda yaşanan gərginliyin davam edəcəyi və öyrədilmiş bəzi deputatların Ədalət Partiyasının sədrini hədəfə alacaqları barədə xəbərlər yayılıb.

Amid Əyyuboğlu
AzNews.az