01:39
(077) 610-22-33

AŞPA-da Rusiyanın mandatlarına yenidən baxılacaq

  • >
481 4 Aprel 2014 14:33 | Siyasət

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Rusiyanın təsdiqlənmiş mandatlarına əsaslı zəmində yenidən baxılacaq.

Milli Məclisidən Trend-ə verilən məlumata görə, aprelin 7-dən 11-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fəzail İbrahimli, Sabir Hacıyev, Aydın Abbasov və Fazil Mustafa daxildirlər.

Sessiyanın gündəliyinə Rusiyanın təsdiqlənmiş mandatlarına əsaslı zəmində yenidən baxılması, Ukraynadakı son hadisələrin demokratiyaya təsiri, Avropada milli azlıqların vəziyyəti, işsizlik problemi, kiberməkanda istifadəçilərin təhlükəsizliyinin qorunması, internetə çıxış hüququ, Qırğızıstan Respublikasının demokratiya üzrə tərəfdaşlıq üçün AŞPA-ya müraciətinə baxılması və digər məsələlər daxil edilib.
Tədbirdə azərbaycanlı deputatlar Sevinc Fətəliyeva və Rafael Hüseynov məruzələrlə çıxış edəcək, nümayəndə heyətinin üzvləri isə gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

AzNews.az
Bağla X