- Köhnə - Siyasət
- 5 Aprel 2014 17:12
- 4 177
RF Baş Qərargah rəisi Azərbaycana gəlir
ANS PRESS-in Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəsmi səfəri aprelin 8-dək davam edəcək.
Qeyd edək ki, aprelin 8-də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi də planlaşdırılır.
AzNews.az