Səfər sentyabrda baş tutacaq Səfər sentyabrda baş tutacaq

Ərdoğan Bakıya gəlir

Səfər sentyabrda baş tutacaq



Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Bakıya səfəri gözlənilir. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, səfər sentyabrın 11-12-də baş tutacaq.

Onun Azərbaycan – Türkiyə Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi bildirilir. Bundan əlavə, Türkiyə hökumət rəhbərinin prezident İlham Əliyevlə və digər rəsmi şəxslərlə görüşəcəyi verilən xəbərlər arasındadır.

Qeyd edək ki, Ərdoğan Bakı səfərindən sonra Ukraynaya gedəcək. Onun Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşü gözlənilir.

Sadiq
AzNews.az