İlham Əliyev İranda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri aprelin 9-da başa çatıb.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yola salıb. Dövlət başçısı Naxçıvandan İran İslam Respublikasına yola düşüb. O, artıq İrandadır.

Azərbaycanın və İranın dövlət bayraqları ilə bəzədilən Tehranın "Mehrabad" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

AzNews.az