Abdulla Gül xəstəxanadan "Twitter"lə xalqı təbrik etdi -Foto

Türkiyə prezidenti Abdulla Gül 30 avqust zəfər bayramanı "Twitter"- lə təbrik etdi və Hacettepe xəstəxanasından çəkdirdiyi şəkili sosial şəbəkə vasitəsiylə paylaşdı.

Abdulla Gül həmçinin xalqı zəfər bayramı münasibətiylə təbrik edib və səhhəti ilə bağlı bayram tədbirində iştirak edə bilmədiyi üçün təəssüfünü qeyd edib. Xəstəxanada ona göstərilən qayğıdan məmnunluğunu da ifadə etməyi unutmayıb.

Qeyd edək ki , Abdulla Gül qulağında yaranmış rahatsızlıq səbəbiylə Xəstəxanaya yerləşdirilmişdi.

Sadiq
AzNews.az
image description