Millət vəkillərinin yay məzuniyyəti başa çatdı

Avqustun 30-da Azərbaycan Milli Məclisi üzvlərinin yay məzuniyyəti sona çatıb. Bu barədə qanunverici orqanın mətbuat xidmətindən məlumat verilib. AzNews.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, Milli Məclisin Daxili Nizamnaməsinə müvafiq olaraq, iyul ayının 15-dən etibardən rəsmi şəkildə tətilə yollanan deputatların yay istirahəti avqustun 30-da yekunlaşıb. Bu gün yay istirahətindən qayıdan millət vəkilləri sabahdan aktiv iş fəaliyyətinə başlayacaqlar.

Parlamentin payız sessiyası isə sentyabrın 30-dan başlamalıdır, amma həmin tarix qeyri-iş gününə düşdüyü üçün sessiya oktyabrın 1-də başlayacaq.

AzNews.az