18:49
(077) 610-22-33

Millət vəkilləri ABŞ Senatına etiraz edəcək - Açıqlama

  • >
825 11 Aprel 2014 10:42 | Siyasət

"Milli Məclisin deputatları ABŞ Senatına etiraz edəcək". Bunu AzNews.az-a açıqlmasında Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, ABŞ Senatının Xarici əlaqələr komitəsinin uydurma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməsi təəssüfedici və təcübləndiricidir: "Yaxın vaxtlarda ABŞ-a edəcəyimiz səfər çərçivəsində ABŞ-lı həmkarlarla bu məsələni müzakirə edəcəyik və bununla bağlı Senata öz etirazımızı bildirəcəyik. Dünyada gedən prosseslər, xüsusilə Ukraynada hadisələrin baş verdiyi dövürdə ABŞ Senatının Türkiyəyə qarşı bu addımı başa düşülən deyil. Bu ölkələr arası əlaqələrə o cümlədən Türkiyə-NATO münasibətlərinə də mənfi təsir edə bilər". A.Mollzadə ABŞ parlamentinə töfsiyyə edib ki, 100 il əvvəl törədildiyi iddia edilən, lakin subuta yetirilməyən qondarma "erməni soyqırımı"nı tanımaqla bağlı təşəbbüs göstərməkdənsə, yaxın tarixdə dünyanın gözü qarşısında ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqrım faktlarına münasibətini bildirsin. Deputat ABŞ-lı həmkarlarının diqqətinə onu da çatdırıb ki, belə işlərlə məşğul olmaqdansa, Azərbaycan, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə yönələn təhdidlərin qarşısının alınması üçün fəaliyyətlərini artırmaqları daha yaxşı olardı: "Ümid edirəm ki, hər il aprelin 24-də ABŞ prezidenti Barak Obama "erməni soyqırımı" ilə bağlı verdiyi ənənəvi açıqlamada yenə də "soyqrım" ifadəsini işlətməyəcək və bu məsələnin əsl mahiyyətini açıqlayacaq".

Xatırladaq ki, dünya erməniləri Osmanlı İmperiyasında soyqrıma məruz qaldıqlarını iddia edərək hər il aprelin 24-də bu "soyqrımın" ildönümünü qeyd edirlər.

Amid Əyyuboğlu
AzNews.az
Bağla X