11:44
(077) 610-22-33

Bələdiyyə sədrinin müavinin oğlu girov götürüldü

  • >
1 146 30 Avqust 2012 14:41 | Siyasət

Hadisə cinayətkar aləminin nüfuzlu şəxsləri tərəfindən həyata keçirilib

Dünən günorta Ramanı bələdiyyəsinin sədr müavini Nurəddin Alıyevin oğlu naməlum şəxslər tərəfindən oğurlanıb. Məlumata görə, buna səbəb Ramanı Südçülük Sovxozu-Qara Qarayev metrosu marşurutu üzrə hərəkət edən 163 saylı avtobusun sürücülərindən birini Nurəddin Alıyevin oğlu Seymurun döyməsi və təhqir etməsi olub.

Qeyd edək ki, 163 saylı marşurut Alıyevlər ailəsinə məxsusdur. Buna nəzarət edən Seymur məlum olmayan səbəbə görə sürücü ilə mübahisə edib və qeyd etdiyimiz kimi, ona xəsarət yetirib. Bundan sonra sürücü hadisə yerindən qaçaraq, cinayət aləminin nüfuzlu şəxslərinə müraciət edib. Bundan sonra isə 15-ə yaxın naməlum şəxslər bahalı markalı avtomobillə hadisə yerinə gələrək Seymuru axtarmağa başlayıblar.

Onlar Seymuru tapa bilmədikdə Nurəddin Alıyevin yaşadığı Südçülük Sovxozu deyilən əraziyə gediblər. Və orada Seymurun əvəzində onun qardaşı Şahini girov götürərək naməlum istiqamətdə gediblər. Hadisədən təşvişə düşən ata Alıyev müəyyən vasitəçilərlə girov götürən çəxslərlə uzun-uzadı danışıqlar aparıb. Bu danışıqların nəticəsində gecə saat 24 radələrində oğlunu girovluqdan azad etdirə bilib. Qarşı tərəfin iddialarına əsasən, təhqirə təhqirlə cavab verilib və burada başqa məqsəd olmayıb.
Məsələ ilə bağlı Sabunçu rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarədən bu barədə heç bir şikayətin daxil olmadığı bildirildi.

S.Xasmamedov
AzNews.az
Bağla X