Mirmahmud Mirəlioğlu: “İndiki halda vahid namizəd yoxdur” Mirmahmud Mirəlioğlu: “İndiki halda vahid namizəd yoxdur”

Əli Əliyev: “Müsavat-AXCP gərginliyi İctimai Palatanı dağıdacaq”

Mirmahmud Mirəlioğlu: “İndiki halda vahid namizəd yoxdur”



Müsavat Partiyasının başqanı İsa Qəmbər prezidentliyə namizəd olacağını bəyan etdikdən sonra müxalifət düşərgəsində vəziyyət gərginləşib. Düşərgədə hətta vahid namizəd məsələsinin puça çıxdığını düşünənlər də var. AXCP-nin sədr müavinlərinin sərt bəyənatları da iki partiya arasında yaranmış uçurumdan xəbər verir.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu yaranmış gərginliyi AzNews.az-a belə şərh edib: "İki partiya arasında yaranmış gərginliyi çalışıb, özləri həll etməlidir. Çünki hər iki partiya bir quruma daxildir. Bu partiyalar arasında mübahisəyə səbəb vahid namizəd məsələsidir. Axı, namizədlər müəyyən olunmalıdır ki, vahid namizəd də bəlli olsun. Ona görə də indiki halda vahid namizəd yoxdur".

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə hesab edir ki, Müsavatla AXCP arasında olan gərginlik İctimai Palatanın dağılmasına səbəb ola bilər: "İsa Qəmbərin bu çıxışı ona dəlalət edir ki, ya mən olacam, ya da heç kəs. Axı, bu qərar İctimai Palatanın mövqeyinə ziddir. Ola bilsin, dözüm nümayiş etdirib, İctimai Palatanı qorusunlar. Parçalanma baş versə, bu iki partiyanın İctimai Palatanı güc mərkəzi adlandırması yalan olduğu təsdiqini tapacaq. Qurumun dağılmasının da heç bir əhəmiyyəti yoxdur. Amma, ümumiyyətlə, indiki halda iki partiyanın arasında baş verən gərginlik müxalifətin ziyanınadır. Müxalifətin birləşməsi əsasdır. Bu birlik bir neçə mərhələni keçə biləcəksə, vahid namizəd məsələsini gündəmə gətirmək olar".

İlkin
AzNews.az