07:49
(077) 610-22-33

ABŞ-ın yeni səfiri hansı partiya liderlərilə görüşəcək?

  • >
684 30 Avqust 2012 16:59 | Siyasət

Mətbuat xidməti: “Səfir rəsmən fəaliyyətə başladıqdan sonra kimlərlə görüşlər keçiriləcəyi bəlli olacaq”



Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Riçard Morninqstarın etimadnaməsini təsdiq etdikdən sonra ABŞ səfirinin iş planı hazırlanacaq.

Bu barədə Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Mehdi Hüseynquliyev bildirib. "Ölkənin siyasi partiyalarının rəhbərləri ilə görüşlərin keçirilməsi planlaşdırılırmı" sualını M.Hüseynquliyev diplomatik şəklidə cavablandırıb.

Səfirliyin əməkdaşı bildirib ki, cənab Morninqstar Bakıya gəlsə də, hələlik etimadnaməsi prezident İlham Əliyev tərəfindən təsdiq olunmayıb. "Cənab səfir hələ rəsmən fəaliyyətə başlamayıb. Səfirin etimadnaməsi ölkə başçısı tərəfindən təsdiq olunduqdan sonra o, rəsmən öz fəaliyyətinə başlayacaq. Hələlik isə səfirin kimlərlə görüşəcəyi haqda heç nə deyə bilmərik. Təbii ki, etimadnamə təsdiq edildikdən sonra cənab səfirin iş planı hazırlanacaq. Səfir rəsmən fəaliyyətə başladıqdan sonra kimlərlə görüşlər keçiriləcəyi bəlli olacaq", - deyə M.Hüseynquliyev bildirib.

Qeyd edək ki, ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Riçard Morninqstar avqustun 28-də Bakıya gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərlə görüş zamanı səfir Azərbaycanda diplomatik missiyasını icra etməkdən məmnun olduğunu vurğulayıb. R.Morninqstar ABŞ-ın Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayaraq bildirib ki, yeni vəzifədə regionun, enerji sektorunun inkişafına və terrorçuluqla mübarizəyə dəstək verəcək.

AzNews.az
Bağla X