11:46
(077) 610-22-33

Polis kapitanı öldürüldü

  • >
681 31 Avqust 2012 08:19 | Siyasət

Sabirabad rayonunda biri polis əməkdaşı olmaqla, iki nəfər odlu silahla qətlə yetirilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Prokurorluğundan məlumat daxil olub.

Məlumatda bildirilir ki, bu gecə saat 02:00 radələrində rayonun Xankeçən kəndi ərazisində odlu silahla qətl törədilib. Kənd sakini, 1986-cı il təvəllüdlü Gülhüseyn Xanhüseyn oğlu Abıyev həmkəndlisi, 1960-cı il təvəllüdlü Azad Səmid oğlu Zeynalovu və ərazinin sahə müvəkkili, 1975-ci il təvəllüdlü kapitan Eldəniz Quliyevi ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.

Sahə müvəkkili hadisə yerində dünyasını dəyişib, A.Zeynalov isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa, da onu xilas etmək mümkün olmayıb. Hadisənin nədən baş verdiyini istintaq aydınlaşdırır, G. Abıyev saxlanıb. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az
Bağla X