Milli Şura bələdiyyə seçkilərinə necə gedəcək? – Açıqlama

"Milli Şurada bələdiyyə seçkiləri ilə bağlı qısa bir fikir mübadiləsi aparılıb. Yəqin ki, Milli Şura bələdiyyə seçkiləri ilə bağlı qərarını yaxın vaxtlarda açıqlayacaq". Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın Hüqüq komissiyasının sədri Vidadi Mirkamal deyib.

Onun sözlərinə görə, bələdiyyələr başqa demokratik ölkələrdən fərqli olaraq, Azərbaycanda elə də önəmli təşkilat deyil. Azərbaycanda idarəetmədə bələdiyyənin rolu önəm daşımır. Acığı, bələdiyyələr Azərbaycanda birmənalı şəkildə icra hakimiyyəti orqanlarından asılıdır. Bələdiyyələr İcra hakimiyyətinin əlaltı orqanlarından biri kimi fəaliyyət göstərir".

V. Mirkamal Azərbaycandakı seçki mühiti və qanunvericiliyi ilə bağlı vəziyyəti tənqid edib: "Hakimiyyət bütün dairə seçki komisiyyalarına öz adamlarını yerləşdirib. Belə bir vəziyyətdə seçki keçirməyə dəyərmi? Bütün bu sualların hamısı Milli Şuranın qarşısında duran məsələlərdəndir. Yaxın günlərdə biz bu məsələni müzakirə edəcəyik. Bu qanunvericiliklə seçkiyə getməyin heç bir mənası yoxdur. Bu mənim şəxsi fikrimdir".

Bahar Rüstəmli
AzNews.az