07:53
(077) 610-22-33

Türkiyə BMT-ni tənqid etdi

  • >
625 31 Avqust 2012 09:34 | Siyasət

Davutoğlu: “Suriya məsələsi ilə bağlı təcili tədbirlərin görülməməsi cinayətə ortaq olmaq deməkdir”



BMT Təhülkəsizlik Şurasının Suriya ilə bağlı növbəti iclasında Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu da iştirak edib.

AzNews.az-ın haberturk.com saytına istinadən verdiyi xəbərə görə, Davutoğlu çıxışında BMT-nin ünvanına sərt ittihamlar səsləndirib. Türkiyəli nazir bildirib ki, Suriya məsələsi ilə bağlı təcili tədbirlərin görülməməsi cinayətə ortaq olmaq deməkdir.

O, həmçinin Suriyadan olan qaçqınların artdığına işarə edərək bildirib ki, BMT vəziyyəti yerində araşdırmaq üçün bölgəyə nümayəndə heyəti göndərməli və qarşıdurmalar zamanı mülki insanların zərər görməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir.

Bundan əlavə, türkiyəli nazir ölkəsində yerləşdirilən suriyalı qaçqınlarla bağlı məlumat verərək vurğulayıb ki, ölkəsində artıq 100 minə yaxın qaçqın yerləşdirilib, 10 mindən çoxu isə sərhədi keçmək üçün növbə gözləyir.

Sadiq
AzNews.az
Bağla X