Ermənistan da Azərbaycana dəvətlidir- Deputatdan açıqlama

"Ermənistan tərəfinin Bakıdakı tədbirdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının iyunun 28-də Bakıda keçiriləcəyini xatırladan B. Muradova bu toplantıda iştirak edəcək ölkələrin Azərbaycan tərəfindən müəyyənləşdirilmədiyini də söyləyib: "Biz hər bir ölkəyə ayrı-ayrılıqda xüsusi dəvət göndərmirik. ATƏT Parlament Assambleyasına üzv ölkələrin hamısı bu toplantıda iştirak edə bilər".

Onun sözlərinə görə, ATƏT PA-nın bütün üzvləri, Ermənistan da daxil olmaqla eyni dərəcədə tədbirə dəvətlidir.

Amid
AzNews.az